Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin könüllüləri ilə görüş keçirilmişdir.
5 dekabr 2022-ci il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin könüllüləri ilə görüş keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak etmişdir. Z.Zeynalova çıxış edərək bildirmişdir ki, ölkəmizdə könüllülük hərakatının yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevirilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdır. Təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi ölkədə könüllülük fəaliyyətinin inkişafına təkan verdi.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Çoşqun İsmayılov çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdi.
Sonda könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olundu.