Gənclər arasında narkomaniya, dini radikalizm və erkən nigah mövzusunda maarifləndirmə tədbiri keçirildi
Göyçay Peşə Liseyində Gənclər arasında erkən nigahın və qohumlar arasında nigahın mənfi nəticələrinə dair, dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən və onlar arasında milli-dini dözümlülük dəyərlərinin təbliğ edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Xəlilov, rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polkovnik leytenant Rasim Mirzəyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitənin Ucar bölgəsi üzrə əməkdaşı Rauf Nəsirov, Gənclər Evinin direktoru Fərid Əkbərov, Göyçay Peşə Liseyin rəhbəri Zaur Kərimov və şagirdlər iştirak edirdi.
Çıxış edənlər qeyd olunan mövzular haqqında şagirdlərə ətraflı məlumat vermiş, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.