Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Fiziki aktivliyin artırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir

03 may 2023 | 13:07

Azərbaycan Respublikasi Prezidentinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncamının 3.3.7.3. bəndində əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların hazırlanması və paylanması məqsədilə hər həftənin çərşənbə və şənbə günləri səhər saatlarında rayon icra hakimiyyəti başçısı aparatının, RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin və digər təşkilatların əməkdaşları şəhər stadionunda fikizi aktivliyin artırılması üçün idmanla məşğul olurlar.

Həmçinin Göyçay Rayon İcra Hakimiyyəti və Göyçay Rayon Mərkəzi Xəstəxanasının rəsmi saytlarında və işləyən əhali arasında fiziki aktivliyini artırılması məqsədilə maarifləndirici bukletlər və məlumatlar hazırlanaraq paylaşılması təmin edilir.

Keçidlər