Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Elm və təhsil naziri Göyçayda vətəndaşları qəbul edib

22 yanvar 2024 | 18:43

Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçay rayonunda vətəndaş qəbulu keçirib.

 Əvvəlcə elm və təhsil naziri Emin Əmrullayev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzülüblər.   

Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinləri iştirak ediblər. Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər