Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanılıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayon nümayəndəliyinin könüllü gənclərin iştirakı ilə rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan vətəndaşlara rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanılıb, oturaq həyat tərzinin insan sağlamlığı üçün fəsadları və fiziki aktivliyin əhəmiyyəti haqqında ətraflı məlumatlar verilib.
Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamın 9.2.1 bəndində qeyd olunmuş sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materiallar hazırlanaraq təşviq etmək məqsədi daşıyır.