Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Göyçay rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin Göyçay rayonu üzrə 2024-cü ilin vətəndaş qəbulu qrafikinə uyğun olaraq rayonun Ləkçılpaq kəndində sakinlərlə növbəti səyyar görüş keçirib.
30 iyul 2024-cü il tarixdə keçirilən qəbulda rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov, İdarənin yerquruluşu və təhqiqat şöbəsinin müdiri Nazim İbrahimov da iştirak edib.
Səyyar görüşdə rayonun Ləkçılpaq, Qaraman və Yalman kəndinin sakinləri torpaq sahələrinin qeydiyyatı, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 12 nəfər müraciət edib.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün nəzarətə götürülüb.