Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda Göyçay rayon Heydər Əliyev Mərkəzində regional konfrans təşkil olunub

03 dekabr 2025 | 20:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda Göyçay rayon Heydər Əliyev Mərkəzində regional konfrans təşkil olunub.

Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Sabir Hacıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev açılış nitqi ilə çıxış ediblər.

Daha sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq ilə 2 paneldən ibarət iclas keçirilib.

Təşkil olunan panel iclasında Azərbaycan İlahiyyat İnstitutunun professor-müəllim heyəti, ilahiyatçılar və din xadimləri ilə birgə müzakirə aparılıb.

Tədbirin sonunda rayonun Qarabaqqal kənd məscidinin ərazisində ağacəkmə təşkil olunub.

Keçidlər