Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 5-də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar din xadimlərinin attestasiyası, dini icmaların kitablarla təmin edilməsi, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev Komitənin Göyçay bölgəsi üzrə şöbəsinin yeni inzibati binası və burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olublar.