Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Göyçay rayonunda vətəndaşları qəbul edib

17 iyul 2024 | 11:44

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin Göyçay rayonu üzrə 2024-cü ilin vətəndaş qəbulu qrafikinə uyğun olaraq rayonun Məlikkənd kəndində sakinləri qəbul edib.

16 iyul 2024-cü il tarixdə keçirilən qəbulda rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin Göyçay rayon şöbəsinin müdiri Ramil Əliyev, İdarənin yerquruluşu və təhqiqat şöbəsinin müdiri Nazim İbrahimov da iştirak edib.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçirilən qəbul zamanı rayonun Məlikkənd, Şıxbəy, Şıxəmir, Kürdşaban, Yenikənd və Çaxırlı kəndinin sakinləri daşınmaz əmlakın qeydiyyatı, torpaq sahələrinin qeydiyyatı, təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılması və digər aidiyyəti məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün nəzarətə götürülüb.

Keçidlər