Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Çernobıl Qəzasının 36-cı il dönümü münasibətilə rayon icra hakimiyyətində tədbir keçirildi

26 aprel 2022 | 09:17

26 aprel 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 36-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Çernobıl qəzasının iştirakçıları iştirak edirdilər.

Əvvəlcə dünyasını dəyişmiş Çernobıl qəzası iştirakçılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan İkram Vəliyev qeyd etdi ki, 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında ötən əsrin ən böyük faciələrindən biri olan texnogen faciə baş vermişdir. Faciə nəticəsində minlərlə insan həlak olmuş və yaxud güclü radiasiyaya məruz qalaraq sağlamlığını itirmişlər. Qəzanın fəsadlarının aradan qaldırılmasında 7 mindən artıq Azərbaycan vətəndaşı fədakarlıq göstərmişdir. Onların arasında göyçaylılarda olublar.

Sonra “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rayon şöbəsinin sədri Şahnəzər Səlimov və Çernobıl qəzası iştirakçısı Mehman Eminov Çernobıl qəzası haqqında ətraflı məlumat vermiş, o zaman ki, sovet rəhbərliyinin hadisəni miqyasının nə qədər dərin və güclü olduğunu gizlətməyə çalışdıqlarını qeyd etmişlər.

Çernobıl qəzası iştirakçılarının problem və qayğıları dinlənilmiş, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti təşkilatlara tapşırıqlar verilmişdir.

Çernobıl əlilləri çıxışlarında onlara göstərilən diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı verilmiş fərman və sərəncamlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər