Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Birinci Qarabağ müharibəsində itkin şəhid sayılan Daşqın Behbudov Göyçayda dəfn edilib

19 mart 2025 | 16:59

19 mart 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi Göyçay rayon Mırtı kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və əlilləri iştirak ediblər.

Şəhid Daşqın Behbudov nəşi Göyçayda izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Mırtı kəndinə gətirilib, cənazə namazı qılınıb və şəhidlərimizin ruhuna dualar oxunub.

Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb, şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb.

Sonra şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı qardaşına təqdim edilib.

Şəhid Behbudov Daşqın Nəsrəddin oğlu 27 fevral 1970-ci ildə Göyçay rayonunun Mırtı kəndində anadan olmuşdur. 1988-ci ildə keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətinə çağrılıb. 1 fevral 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Vətənin müdafiəsinə qoşularaq döyüşlərdə iştirak etmişdir.

1994-cü ilin yanvar ayında Füzuli rayonu Şükürbəyli kəndi ərazisində ağır döyüşlər zamanı itkin düşmüş və İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdur. Göyçay rayon məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.

Keçidlər