Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Azərsu” ASC-nin sədr müavini Göyçay şəhərində sakinlərlə görüşüb

18 mart 2023 | 16:59

Martın 17-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənov Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinlərlə görüşüb.

Görüşdən əvvəl ASC-nin sədr müavini Köçərli Həsənov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər