Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Göyçay rayonunda vətəndaşları qəbul edib

28 oktyabr 2023 | 12:33

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov 27 oktyabr saat 10:00-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər