Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olundu

19 may 2023 | 19:55

18 may 2023-cü il tarixində Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olundu.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən Elza İbrahimovanın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və onlarla poetik nümunəyə bəstəkar musiqi yazıb.

Göyçay Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında Elza İbrahimovanın bəstələdiyi mahnılar səsləndirilib.

Keçidlər