Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Konstitusiyadan tam Suverenlik Zirvəsinə” mövzusunda ümumrayon müşavirəsi keçirilib

11 may 2025 | 22:28

10 may 2025-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Konstitusiyadan tam Suverenlik Zirvəsinə” mövzusunda ümumrayon müşavirəsi keçirilib.

Müşavirədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, səhiyyə, mədəniyyət və xidmət sahələrinin əməkdaşları, rayon ziyalıları, şəhid ailələrinin  üzvləri, Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

Müşavirə iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında  ucaldılmış Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikası suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev “Milli Konstitusiyadan tam Suverenlik Zirvəsinə” mövzusunda geniş məruzə ilə çıxış  edib.

Məruzədə qeyd olunub ki, Bu gün dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ili tamam olur.

Hər bir azərbaycanlı Ulu Öndərin şəxsiyyətinə, onun ideyalarına və qoyduğu dəyərli irsə dərin hörmət hissi ilə yanaşır. Dahi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib və ümumxalq sevgisi qazanıb.

 Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşması və möhkəmlənməsindəki misilsiz fəaliyyəti hər birimiz üçün böyük örnək olaraq daim qalacaq.

Ümumilli liderimizin xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması, ölkəmizin bu günkü inkişafında böyük əhəmiyyət kəsb edir.

Harada yaşamasından asılı olmayaraq, bugün hər bir azərbaycanlı əzəli torpaqlarımızın geri qaytarılmasını, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və işğaldan azad edilmiş torpaqlarda ölkəmizin Əsas Qanununun, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən biri olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan dövlətinə və xalqına xidməti başlıca həyat amalı hesab edən Prezident İlham Əliyevin qətiyyəti, balanslı daxili və xarici siyasəti nəticəsində qarşıya qoyulmuş ən əsas vəzifəyə - işğal altında olan Azərbaycan torpaqlarının tam azad edilməsinə və suverenliyin bərpasına nail olunması Ulu Öndər siyasətinin layiqli davamının ən bariz nümunəsidir.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov mövzu ətrafında çıxış edib və Partiya sıralarına üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib. Həmçinin partiyanın rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Suverenliyimizin banisi” mövzusunda keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir Göyçay rayon Mədəniyyət Mərkəzinin, Göyçay Uşaq İnkişaf Mərkəzinin və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin hazırladıqları “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı konsert proqramı ilə yekunlaşıb.

Keçidlər