Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Göyçay Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş keçirib
08 iyun 2023 | 12:42
08 iyun 2023-cü il tarixdə Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Elvar Osmanov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevlə görüş keçirib.
Görüş zamanı Göyçayda yeniyetmə və gənclər arasında voleybol idman növünə marağın artırılması, Uşaq Gənclər İdman Məktəbinin voleybol bölməsinin inkişaf etdirilməsi və gələcək planlar barədə söhbət açılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonda Voleybol bölməsinin məşqçi müəllimlərinin inkişafı üçün gələcəkdə Federasiya tərəfindən regionlarda təlim-seminarların təşkil edilməsini tövsiyə edib.
Sonda Federasiya rəhbərliyi tərəfindən göndərilmiş simvolik voleybol topu rayon İcra Hakimiyyətinin başçısına təqdim edilib.