Azərbaycan Respublikasının Konstitusiya günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilmişdir
Noyabrın 6-da Göyçay Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Respublikasının Konstitusiya günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda hüquqşünasların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.
İclasda iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalıları, ağsaqqallar əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masa ətrafında davam edən iclasda Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycanın şanlı tarixinə qızıl həriflərlə yazılmış Zəfər günü və Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edirərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyadır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Sonra “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda məruzə ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı roldan, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə olunan nailiyyətlərdən danışıb.
İclasda çıxış edən şəhər 4 nömrəli tam orta məktəbin qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, Respublikanın Əməkdar müəllimi, tarix üzrə fələsfə doktoru Pərviz Yəhyalı, Respublikanın Əməkdar müəllimi, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan konstitusiyanın qəbul olunmasında ümummilli liderHeydər Əliyevin tarixi xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlərdən geniş bəhs etmişlər.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.