Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Avropa çempionatının qalibi Laçın Vəliyevlə görüş keçirilib

13 iyun 2024 | 16:06

Dünya və Avropa çempionatlarında Yunan-Roma güləşi üzrə idman növündə dəfələrlə qələbə qazanan və 20-26 may 2024-cü il tarixlərdə Bakı şəhərində keçirilən Yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında bürünc mükafat qazanmış Laçın Vəliyevlə görüş keçirilib.

İyunun 12-də Laçın Vəliyevlə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, Göyay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, göyçayıl idmançılar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Göyçay Gənclər Evində davam edən tədbirdə çıxış edənlər nailiyyət qazanan gənc idmançını təbrik edərək gələcək həyatında uğurlar arzulamışlar.

Avropa çempionatında bürünc mükafat qazanan Laçın Vəliyev idmançılara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  öz təşəkkürünü bildirmişdir.

Keçidlər