Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Aprel döyüşlərində şəhid olmuş Teymur Mikayıl oğlu Qasımovun ad günü məzarı önündə qeyd olundu

28 iyun 2022 | 09:13

2016-ci ilin aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Teymur Mikayıl oğlu Qasımovun ad günü iyunun 28-də məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Göyçay rayon Çaxırlı kəndində keçirilən mərasimdə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız həyatları bahasına torpaqlarımızı düşməndən, işğalçılardan azad etdiyini qeyd etmişdir.

Mərasimdə çıxış edənlər şəhid Teymur Qasımovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmışlar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Xatırladaq ki, şəhid Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Şəhid adının əbədiləşdirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib.

Keçidlər