Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Antikorrupsiya mövzusunda dövlət qulluçularının maarifləndirilməsi məqsədilə seminar keçirilmişdir

23 sentyabr 2022 | 16:20

Sentyabrın 23-də rayon İcra Hakimiyyətində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, korrupsiya sahəsində dövlət qulluçularının maarifləndirilməsi məqsədilə seminar təşkil olunmuşdur.

Seminarda rayon İcra Hakimiyyətin başçısının birinci müavini İkram Vəliyev çıxış  edərək qeyd etmişdir ki, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilir.

Rayon İcra Hakimiyyəti başçşısı aparatının Hüquq şöbəsinin Samir Xəlilov korrupsiya sahəsində mövcud qanunvericilik aktları və korrupsiya hüquqpozmalarına görə vəzifəli şəxslərinin məsuliyyəti barədə ətraflı məlumat vermişdir.

Keçidlər