Anım Günü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanı ziyarət olunub
27 sentyabr - Anım Günündə icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.
Rayon rəhbərliyi və tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin məzarı önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Canlarını Vətən torpağına fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə güc və səbr diləyirik!






