Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xalid İsmayılov təqaüdə yola salınıb
10 fevral 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın məsul əməkdaşları və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xalid İsmayılov çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.
Görüşdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xalid İsmayılovu 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək xoş arzularını bildirib.
Xalid İsmayılova uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərməsi, rayonda keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak etməsinə görə rayon icra Hakimiyyəti Başçısının Təşəkkürnaməsi təqdim edilib.
Sonda Xalid İsmayılov göstərilən diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.