Alpout kəndində növbəti səyyar qəbul keçirildi
29 aprel 2022-ci il tarixdə tərtib olunmuş qrafikə uyğun olaraq rayonun Alpout kəndində səyyar qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.
Sonra vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.