Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Gənclər günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2022 | 16:00

 02 fevral 2022-ci il tarixdə rayon Gənclər Mərkəzində rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edirdilər.
  Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəncləri təbrik edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan gənclər siyasətinin əsasını qoymuş həmin siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, o cümlədən gənc qızların elm, təhsil və idman sahəsində yüksək fəallıq göstərməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi gənclərə qayğının bariz nümunəsidir.
Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Göyçaylı gənclərin həqiqi vətənpərvər olaraq, Ali Baş Komandanın əmrinə daim hazır olmaları, ədalətsiz düşmənə qarşı amansızlığı, 44 günlük müharibə zamanı bir daha təsdiqini tapdı. Ordu sıralarına könüllü müraciət edənlərin Göyçaylı gənclər olduğu rayon sakinlərinə böyük qürur hissi yaşatdı.
  Rayon Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci  ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
  Tədbirdə çıxış edənlər ölkədə və Göyçay rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
  Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir.
Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər