Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

19 yanvar 2022 | 16:00

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı rayonun idarə, müəsisə və təşkilatlarında müxtəlif mövzularda silsilə tədbirlər və rəsm müsabiqəsi keçirilir.

Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ülkər Məlikzadə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar 7 saylı tam orta məktəbin şagirdləri üçün "Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi baxışı" mövzusunda mühazirə ilə çıxış edib. Çıxışında bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “Azadlığa gedən yolun zirvəsi“ adlı sərgi hazırlanmışdır. Göyçay rayon 1 saylı tam orta məktəbin şagirdləri muzeyə gələrək sərgi ilə tanış olmuş, 20 Yanvar şəhidlərinə aid şeirlər söyləmişlər. Muzeyin elmi işçisi Humay Zülfüqarova 20 Yanvar faciəsi ilə bağlı şagirdlərə ətraflı məlumat vermiş və “Laləsiz çəmən olmaz, şəhidsiz vətən olmaz” adlı məruzə ilə çıxış etmişdir. Şagirdləri bu tarixi unutmamağa çağırmış və “Azadlığa gedən yolun zirvəsi” olduğunu xatırlatmışdır.

Gənclər və İdman idarəsinin, Gənclər evinin, Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəbləri arasında 20 Yanvar Ümumxalq hüzn günü münasibətilə "20 yanvar-qanlı yanvar" mövzusunda rəsm sərgisi təşkil olunmuşdur. Gənclər evinin inzibati binasında keçirilən rəsm sərgisində rayonun 25 dən çox orta məktəbinin uşaq, yeniyetmə və gəncləri 20 Yanvar hadisələrinə dair fikirlərini söyləmiş, öz rəsm əsərlərini nümayiş etdirmişlər. Təqdimat müsabiqəsinin keçirilməsində məqsəd 1990-cı il 20 Yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzm və fədakarlığı bir daha unutdurmamaq və bu faciəni gənclərimizin gözü ilə çatdırmaqdır.
Eyni zamanda Göyçay şəhərində və kəndlərdə bu faciəli tarixi günlə əlaqədar “Təmiz şəhər”  adı ilə səliqə-səhman, təmizlik işləri aparılır. Bu aksiya mütəmadi olaraq davam etdirilir

Keçidlər