Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir

31 dekabr 2021 | 16:00

 Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısının Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın ailə üzvlərinin ziyarəti davam edir.
Şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə səmimi söhbət aparır, onları narahat edən problemlər və qayğıları ilə maraqlanır.
 Söhbət zamanı Azərbaycan xalqının həmrəyliyi, birliyi nəticəsində əldə olunmuş Zəfər Qələbəsini xüsusi vurğulayaraq qarşıdan gələn yeni 2022-ci il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə öz təbriklərini çatdırmışdır.
 Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər