Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi şəhid və qazi ailələrini ziyarət etdi

29 dekabr 2021 | 16:00

 Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın ailə üzvlərini və qaziləri ziyarət etdi.
Şəhid ailə üzvləri  və qazilərlə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə səmimi söhbət aparmış, onları narahat edən problemlər və qayğıları ilə maraqlanmışdır.
  Həmçinin söhbət zamanı Azərbaycan xalqının həmrəyliyi, birliyi nəticəsində əldə olunmuş Zəfər Qələbəsini xüsusi vurğulamış və qarşıdan gələn yeni 2022-ci il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə öz təbrikini çatdırmışdır.
  Şəhid və qazi ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər