Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Nə? Harada? Nə vaxt?” İntellektual oyunlarının regional məktəb çempionatı keçirildi

28 aprel 2014 | 15:00

 

      27 aprel 2014-cü il tarixdə “Nə? Harada? Nə vaxt?”  İntellektual    oyunlarının regional məktəb çempionatı Göyçay şəhər 3 №-li tam orta məktəbində keçirilmişdir. Çempionatda Göyçay, Ucar, Zərdab, Ağsu, Şamaxı və Qobustan rayonlarını təmsil edən 6 əsas və 2 ehtiyat oyunçudan ibarət 6 komanda iştirak etmişdir.
      Açılış mərasimində Göyçay rayon Təhsil şöbəsinin  müdiri Asif  Nəbiyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Orxan Sultanov çıxış edərək komandalar uğurlar arzulamışlar.  3 saata yaxın davam edən çempionatda Qobustan komandası 1-ci, Zərdab komandası 2-ci, Göyçay komandası 3-cü yeri tutmuşdur. Qaliblərə  kubok və medallar təqdim olunmuşdur. 

Keçidlər