Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlik zirvəsinə ucalmış İntizam Qaçayevin ad günü qeyd olundu

14 dekabr 2021 | 16:00

 14 dekabr 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İkinci Ərəbcəbirli kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn İntizam Əkbər oğlu Qaçayevin ad günü məzarı önündə qeyd olundu.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
  Sonra şəhidin yaşadığı evin yaxınlığında inşa olunan xatirə lövhəsinin açılışı oldu. Qeyd olundu ki, İ.Qaçayev 23 oktyabr 2020-ci il tarixdə Cəbrayıl  istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə  "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
  Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər