Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Həsən Bayramovun ildönümü qeyd olundu

13 dekabr 2021 | 16:00

 13 dekabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Birinci Ərəbcəbirli kənd sakini şəhid Həsən Ağaisa oğlu Bayramovun ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
  Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
  Həmçinin tədbirdə şəhidin döyüş yoldaşları və müəllimləri çıxış edərək H.Bayramovun vətənpərvərliyindən və qəhrəmanlığından, keçdiyi  döyüş yolundan, məktəb illərindən bəhs etdilər.
H.Bayramov Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olduğunu, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Tədbir məktəblilərin hazırladığı “Vətən yaxşıdır” adlı flaşmobla yekunlaşıb.

Keçidlər