Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Şəhidlik zirvəsinə ucalmış Şəmistan Əzizovun ad günü qeyd olundu

06 dekabr 2021 | 16:00

 06 dekabr 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qaraxıdır kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Şəmistan İlyas oğlu Əzizovun ad günü qeyd olundu.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
  Oktyabrın 15-də Suqovuşan istiqamətində  gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər