Şəhid Rəhim Həmidovun ildönümü qeyd olundu
30 noyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mırtı kənd sakini şəhid Rəhim Ehdiram oğlu Həmidovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı və qeyd olundu ki, R.Həmidov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”və "Füzulinin azad olunmasına görə" və medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.