Göyçayda Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd edilib
Göyçayda 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işlərdən bəhs edilib.