Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir
19 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, YAP rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Sahib Şükürov çıxış edərək Partiyamızın yaradıcısı, ümummilli lider Heydər Əliyevin kəlamları ilə başlayaraq qeyd etdi ki, “ YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”. Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai – siyasi həyatında aparıcı rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənən, qələbələr partiyası kimi qazandığı imici möhkəmləndirən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir.
Sonra Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının və hazırda öz ətrafında 760 mindən çox siyasi həmfikri birləşdirən bu təşkilatın hazırda ölkədə rolu və tutduğu mövqedən, Ulu Öndərin dövlətimiz qarşısında tarixi xidmətləri barədə məlumat verdi. M.Səlimzadə Qarabağ zəfərimizdən söhbət açaraq bildirdi ki, 44 günlük Vətənmüharibəsi tarixi hadisədir bu Qələbənin müəllifi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlət başçısı son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qələbəyə yol açdı. Azərbaycanın iqtisadi, siyasi, diplomatik, xarici siyasət sahəsində qazandığı uğurlar 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı. Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri də milli birlik, Xalq-Prezident-Ordu birliyi, həmrəyliyidir.
Daha sonra çıxış edən digər natiqlər qeyd etdilər ki, ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkşaf edir, böyük, tarixi uğurlar əldə edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanındı. 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipial, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq.