Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul etmişdir

27 aprel 2014 | 15:00

 

      Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 26-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirmişdir. Qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaşdan olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapmış, polis fəaliyyətinə aid olmayanların aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılmışdır.
       Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək arzusunda olan 80 nəfər də qəbulda iştirak etmişdir. Nazir Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş vermişdir. Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə həmişə xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər