Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir

05 noyabr 2021 | 16:00

 Göyçay rayonunda Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlər çərçivəsində bu gün Göyçay şəhərindəki küçələrdən bəzilərinə şəhid adlarının verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və digər şəxslər iştirak edib.
  Göyçay rayonunun küçələrinə Vətən müharibəsi şəhidləri Elşən Nuruzadə, Əli Eyvazov, Vasif Məmmədov və Orxan Kərimlinin adları verilmişdir.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Göyçayda şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanıb.

Keçidlər