Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi birinci Qarabağ müharibəsinin döyüşçüləri ilə görüşdü

05 noyabr 2021 | 16:00

 05 noyabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bəziləri qismən sağlamlığını itirmiş birinci Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
  Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, 30 illik həsrət, yurd sevgisi, vətən nisgili uzun illər idi ki, hər birimizi bir amal ətrafında birləşdirirdi ki, işğal altında qalan torpaqlarımız yağı düşmənlərdən azad edilsin. Nəhayət arzularımız, xəyallarımız gerçəkləşərək tarixi Qələbə ilə ərazi bütövlüyümüzün təmin olunması, ədalətin bərqərar edilməsi ilə nəticələndi. Möhtəşəm tarixi Qələbə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün və düşünülmüş uğurlu siyasəti, peşakar ordu quruculuğunun, məqsədyönlü diplomatik səylərin məntiqi nəticəsində qazanıldı.
  Görüşdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.
  Qarabağ müharibəsinin döyüşçüləri rayon İcra Hakimiyyətində qəbul olunduqları üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Sonda görüş iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.
Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər