Şəhid Vasif Məmmədovun ildönümü qeyd olundu
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Vasif Əlibala oğlu Məmmədovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, noyabrın 4-də qəhrəmancasına şəhid olan Vasif Əlibala oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və Cəsur döyüşçü” medalları ilə təltif olunub.