Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüş keçirdi
02 noyabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və qismən sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçıları Elnur Abdullayev və Nəsib Həbibovla görüş keçirdi.
Görüşdə rayon rəhbərliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.
Sonra Müharibə iştirakçıları daim dövlətin və ordunun yanında olacaqlarını tarixi zəfər qələbəsi qazanan Ali Baş Komandanın hər an tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.
Göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.