Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Qismət Qasımovun ildönümü qeyd olundu

25 oktyabr 2021 | 16:00

Oktyabrın 25-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonu Məlikkənd kəndindən olan şəhid Qismət Yolçu oğlu Qasımovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatı Sabir Hacıyev, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qismət Qasımov ölümündən sonra "Vətən uğrunda" və "
Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib.

Keçidlər