Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Şəhid İntizam Qaçayevin ildönümü qeyd olundu

23 oktyabr 2021 | 16:00

 23 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İntizam Əkbər oğlu Qaçayevin ildönümü məzarı önündə qeyd olundu.
  Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, oktyabrın 23-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Keçidlər