Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda şəhidlərimizin ildönümü qeyd olundu

21 oktyabr 2021 | 16:00

 21 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Sənan Tehran oğlu Məmmədov və Ülvi Valeh oğlu Ağayevin ildönümü məzarı önündə qeyd olundu.
  Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputat Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.
  Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

 

Keçidlər