Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Şəhid Ayaz Əhmədovun ildönümü qeyd olundu

07 oktyabr 2021 | 16:00

 07 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ayaz Elson oğlu Əhmədovun ildönümü məzarı önündə qeyd olundu.
  Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ayaz Əhmədov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər