Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Göyçayda 27 sentyabr “Anım Günü’’ ilə əlaqədar silsilə tədbirlər keçirilir

25 sentyabr 2021 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü’’ kimi qeyd edilməsi qərara alınmışdır.
Bu münasibətlə ölkəmizin bir çox bölgələridə olduğu kimi Göyçay şəhərində Göyçay Şəhidlər Xiyabanında aparılan abadlıq, quruculuq işləri ilə yanaşı, ’’Anım Günü’ ’ilə əlaqədər olaraq rayonumuzda  idarə, təşkilat və müəssisələrdə tədbilər təşkil olunur.
  Göyçay rayon Heydər Əliyev Mərkəzində, Gənclərin İnkişaf və Karyera Mərkəzində, Göycay Gənclər Evində, Rəsul Rza adına ev muzeyində, Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində, Göyçay rayon Mərkəzləşdirilmiş kitabxanasında, Göyçay Olimpiya İdman Kompleksində silsiləli şəkildə tədbirlər keçirilir.
Qeyd edək  ki, 27 sentyabr 2021 ci il tarixində  Şəhidlər Xiyabanında ümumrayon  “Anım Günü’’ təşkil ediləcək.

Keçidlər