Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda əhali tibbi müayinələrdə həvəslə iştirak edir

11 aprel 2014 | 15:00

 

    Göyçay sakinləri ölkə başçısının tapşırığına uyğun olaraq keçirilən tibbi müayinələri ürəkdən dəstəkləyir.   
    Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Göyçay rayonunda uğurla davam edir. Göyçay rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə bu mühüm aksiyanın uğurla təşkili üçün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun sərəncamı ilə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunmuşdur.
     Komissiyanın sədri, icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova bildirmişdir ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Rəxşəndə Rəcəbova bu diqqət və qayğının göyçaylılar tərəfindən fərəhlə qarşılandığını qeyd etmişdir. O, Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlət rəhbərinin müəyyən etdiyi proqramların sağlam insan kapitalının yetişdirilməsinə, ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyini bildirmiş, xüsusilə uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğunu vurğulamışdır. Komissiya sədri hazırda tibbi müayinələrin rayon mərkəzi xəstəxanasınn poliklinika şöbəsində,  uşaq poliklinikasında, mərkəzi xəstəxanada və eləcə də Qaraməryəm kənd sahə xəstəxanasında, İnçə, Ləkçiplaq, Qarabaqqal, Cəyirli,Çaxırlı,Alpout,Mırtı,Yeniarx, Bıgır, Potu, Qızılağac, Şəkər, Çərəkə, Məlikkənd kənd həkim məntəqəsində   və sakinlərin mütəşəkkil şəkildə səhiyyə ocaqlarına müraciət edərək öz sağlamlıqları barədə dəqiq məlumat aldıqlarını bildirmişdir.
     Xəstəxananın baş həkimi Famil Zeynalov bildirmişdir ki, fevralın 17-dən aprelin 10-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 53522 nəfər sakin tibbi müayinədən keçmişdir. Vətəndaşlar ultrasəs, rentgenoloji, laborator və EKQ  müayinəsindən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslərə ambulator müalicə təyin olunmuş,ehtiyacı olanlar Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə olunur və ya Bakı şəhərində yerləşən klinikalara göndərilir. Xəstəxananın konsultativ poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev bildirmişdir ki, fevralın 17-dən bu günədək poliklinika şöbəsinə 11900 vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır.
      Burada sakinlər ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçmişlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar. Şöbə müdirinin sözlərinə görə səhiyyə ocağına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Aksiyaya tibbin müxtəlif sahələri üzrə həkim və orta tibb işçisi cəlb edilmişdir. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs,  və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.
          Bu günədək 17 kənd yaşayış məntəqəsində müayinələr başa çatmışdır.

Keçidlər