Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir

18 sentyabr 2021 | 16:00

 18 sentyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Fərid Zakir oğlu Mövsümovun Göyçay şəhərindəki küçələrdən birinə adının verilməsi münasibətilə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, din xadimləri, şəhidin yaxınları, qazilər və digər şəxslər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabınına gedərək şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
  Tədbirdə şəhidin Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Oktyabrın 30-da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər