Rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi
Sentyabrın 16-da rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər və vaksinasiya prosesinin gedişinə həsr olunmuş iclas keçirilmişdir.
İclasda rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilat rəhbərləri, qərargah üzvləri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında peyvəndləmə prosesinin davam etdirilməsi, mobil qruplar və xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə işlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
İclasda qeyd olunmuşdur ki, rayon əhalisinin koronavirusa qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər həyata keçirilməli və səyyar həkim briqadaları tərəfindən vətəndaşların vaksinasiya prosesi davam etdirilməlidir.
Rayon rəhbəri vaksinasiya prosesinin gedişinin sürətləndirilməsi ilə əlaqədar ciddi tapşırıqlar verdi.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd olunan məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.