Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi

22 iyul 2021 | 16:00

 İyulun 22-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər və vaksinasiya prosesinin gedişinə həsr olunmuş iclas keçirilmişdir.
İclasda hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, qərargah üzvləri və rayonda şənlik mərasimləri təşkil edilən obyektlərin nümayəndələri iştirak edirdilər
  Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə keçirilən respublika müşavirəsindən söz açaraq bildirmişdir ki, şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara ciddi əməl olunmalıdır. Həmçinin qeyd olunmuşdur ki, bütün məsuliyyət şənliklərin keçirildiyi obyektlərin sahiblərinin üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir.
Həmçinin respublika müşavirəsində peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.
  Rayon əhalisinin koronavirusa qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər həyata keçirilib və səyyar həkim briqadaları tərəfindən vətəndaşların ərazi nümayəndəliklərində vaksinasiya prosesinə davam etdirilir.
  Sonda qeyd olundu ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

Keçidlər