Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun anadan olmasının 39-cu il dönümünə həsr olunmuş tədbir keçirildi
16 iyul 2021-ci il tarixdə Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun anadan olmasının 39-cu il dönümünə həsr olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsr olunmuş qısa videoçarxa baxış keçirilmiş və Şəhidlər Xiyabanında Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun məzarı ziyarət olunmuş, məzarı üzərinə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirə başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür yolundan söhbət açaraq dövlətimiz tərəfindən Şəhid Polkovnik-Leytenanta verilən təltiflərdən, qayğı və diqqətdən danışaraq dünya ölkələrinin tarixində bir çox müharibələr , işğallar , geriyə qayıdışlar, Zəfər və Qələbələr baş vermişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusunun Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini 44 günə darmadağın etməsi və düşmən məğlub olduğunu etiraf edərək ağ bayrağını qaldırması Azərbaycanın hərb tarixinin ən parlaq, ən şanlı səhifəsidir. Bu Zəfər, bu Qələbə dünya ictimaiyyətində ermənistan ordusu haqqında yaranan yenilməzlik mifini puç etdi. Azərbaycan ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azad etmə əməliyyatlarında düşmən qarşısında inamla dayanıb, vətənini , torpağını qoruyan 3000-ə yaxın şəhidimiz oldu. Şəhidlərdən 46-sı Göyçayın payına düşdü. Yaşasaydı bu gün Polkovnik-Leytenant Vidadi Xəlilov 39-cu ad gününü qeyd edəcəkdi.
Tədbirdə çıxış edən Şəhid polkovnik leytenat Vidadi Xəlilovun döyüş yoldaşları, Qafqaz Müsəlmanlar İdarəsi Regional Şöbəsinin sədri Rəsul Kazımov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin direktoru Coşqun İsmayılov şəhid Vidadi Xəlilovun Azərbaycan dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyətdən söz açmışlar.
Şəhidin anası Əminə Xəlilova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.