Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura iclası keçirildi

13 iyul 2021 | 16:00

 13 iyul 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı yanında keçirilən şura iclasında icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və şura üzvləri iştirak edirdilər.
Şura iclasında “Rayon ərazisində ipəkqurdlarının becərilməsinin yekunları barədə” və “Şəhər əhalisinin içməli su ilə təminatının vəziyyəti haqqında” məsələlər müzakirə edilmişdir.
İclasda rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov müzakirəyə çıxarılmış məsələlər barədə ətraflı məlumat verərək qeyd etdi ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar 2021-ci ildə rayona 350 qutu 6650 qram dirildilmiş halda ipək qurdu toxumu gətirilərək 25 kənd inzibati ərazi dairələri üzrə 215 kümçüyə təhvil-təslim aktı ilə təhvil verilərək “Azəripək” MMC ilə istehsal olunacaq yaş baramanın qəbul olunması ilə bağlı müqavilə bağlanmışdır. Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən kümdarlara ipəkqurdlarının mövcud qaydalara uyğun becərilməsi ilə bağlı müəyyən təlimatlar verilmiş, bir çox kümdarlar tərəfindən bol məhsul əldə edilmiş və 10322,5 kq yaş barama istehsal edilmişdir.
Həmçinin qeyd edilmişdir ki, bununla yanaşı bəzi icra nümayəndələri və bələdiyyələr tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsində geriliyə yol verilmişdir.
  İclasda həmçinin şəhər əhalisinin içməli su ilə təminatının vəziyyəti haqqında məsələ müzakirə edilmiş, bu sahədə aşkar edilmiş nöqsanlar ətraflı təhlil edilmiş və vəziyyətin yaxşılaşdırılması üçün müavfiq qərar qəbul edilmişdir.
Şura iclasında həmçinin peyvəndləmə prosesinin gedişi, əkin sahələrinin suvarma suyu ilə təminatının vəziyyəti, yanğına qarşı görülmüş tədbirlər haqqında məsələlər də müzakirə edilmişdir.
  Yekunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

 

Keçidlər